Martinelli "Arsenal"dan gedir
"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Əl-Hilal" brazilyalı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Q.Martinellinin "Arsenal"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.