Marko Deviç qərarını açıqladı

"Sabah" klubunun hücumçusu Marko Deviç karyerasını bitirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, o, qərarını "Futbol" telekanalına müsahibəsində açıqlayıb:

"Sabah"la müqaviləm mövsüm sonu başa çatacaq. Çox güman ki, karyeramı bitirəcəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm. Vida matçını Xarkovda keçirmək istərdim. Ola bilsin bu, baş vermədi. Açığı, karyeramı bitiridikdən sonra nə edəcəyimə tam qərar verməmişəm. Bəlkə məşqçi və ya futbol agenti oldum”.

Qeyd edək ki, Deviç 2018-19-cu ildə “Sabah”a transfer olunub. 36 yaşlı futbolçu, bir illik fasilədən sonra, bu mövsüm yenidən paytaxt klubunun düşərgəsinə qayıdıb.