Marko Yankoviçə bir milyonluq təklif

"Qarabağ"ı tərk etməyə ən real namizədlərdən biri Marko Yankoviçdir.

Sportline.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi bir neçə klubun hədəfindədir.

Son günlər adı Yaponiya klublarından biri ilə hallanan futbolçunun Yunanıstandan da təklif aldığı bildirilir.

Söhbət "Aris"dən gedir. Son məlumatlara görə, bu klub monteneqrolu futbolçu üçün bir milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 20 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifidir.

Onun "Qarabağ"la 2027-ci ilin yayınadək müqaviləsi var.