"Marsel" "Vest Hem"ə elçi düşüb
"Vest Hem Yunayted"in mərakeşli futbolçusu Nayef Agerd karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Marsel" Nayefi heyətinə qatmağı planlaşdırır.
29 yaşlı stoperin "Vest Hem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Nayef ötən mövsümü "Real Sosyedad" klubunda icarə əsasında keçirib.