Mbappe 85-ə çatdı

Fransa Liqasının 23-cü turunda "Bordo" ilə oyun  (4:3) PSJ-nin hücumçusu Mbappe üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində qol vuran fransalı forvard komandasında 85-ci qoluna imza atıb. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.

Qeyd edək ki, komandanın bugünə qədər ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçu PSJ forması ilə 200 qol vurub.