Mbappe: “Bütün məsuliyyəti öz üzərimə götürürəm”
“Real Madrid”in fransalı ulduz futbolçusu Kylian Mbappe “Atletik Bilbao” matçı sonrası öz şəxsi “instaqram” hesabında etdiyi paylaşımı ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, Mbappe paylaşımında bu fikirlərə yer verib;
“Pis nəticə əldə etdik. Hər mənada çox pis oyun keçirdik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çətin bir dönəmdi amma bu vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Kim olduğumu hər kəsə göstərəcəm”, - deyə Mbappe bildirib.
Qeyd edək ki, “Real Madrid” səfərdə “Atletik Bilbao”ya 1:2 hesabı ilə məğlub olub.
Mbappe 68-ci dəqiqədə penalti fürsətindən yararlana bilməyib.