Mbappe Fransa millisinin məşqinə çıxıb
Fransa millisinin pərəstişkarları təşviş içindədirlər.
Sportline.az xəbər verir ki, Avropa çempionatının qrup mərhələsinin Avstriya ilə oyununda burnu sınan Kilian Mbappenin durumu onları narahat edir.
İlkin müayinələrdən sonra ulduz forvardın yalnız pley-off görüşündə meydana çıxa biləcəyi bildirilirdi.
"France 24"ün yaydığı məlumata görə, 25 yaşlı hücumçu komandanın bugünkü məşqinə çıxıb.
Əvvəlcə fərdi fiziki məşqə üstünlük verən Mbappe, ardınca ümumi qrupla qapıya zərbələrdə iştirak edib.
Xatırladaq ki, Kilian Avstriya ilə oyunun (1-0) sonlarına yaxın Kevin Danzo ilə toqquşarkən burnunu sındırmışdı.