Meksikada çempionat erkən bitirildi

Meksika Futbol Federasiyası 2019/20 mövsümünün vaxtından əvvəl başa vurulması ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, qurumun rəsmi saytı bu haqda qərarın koronavirus pandemiyasına görə qəbul edildiyini açıqlayıb.

Ölkədə həvəskarlar da daxil olmaqla bütün liqalarda yarışlar vaxtından əvvəl yekunlaşdırılıb. Həmçinin növbəti altı mövsüm üçün liqalarda komandaların sayının artırılması və azaldılması dayandırılıb.

Xatırladaq ki, daha əvvəl Niderlandda çempionatın erkən yekunlaşdırılması barədə qərar verilib.