Mərhum jurnalistin nişanlısından Premyer Liqaya müraciət

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Cemal Kaşıkçının nişanlısı Hatice Cengiz İngiltərə Premyer Liqasının rəhbərliyinə müraciət edib.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, vəkili vasitəsi ilə ünvanladığı müraciətdə H.Cengiz Səudiyyə Ərəbistanı hökumətinin “Nyukasl” klubunu almaq istəməsindən narahatlıq ifadə edilib. Müraciətdə bu əməkdaşlığın əngəllənməsi xahiş olunub.

“Premyer Liqada belə bir sui-qəsdə qarışmış kimsəyə yer olmamalıdır” – deyə məktubda bildirilib.

Qeyd edilib ki, Səudiyyə vəliəhdi Muhammed bin Salman “Nyukasl”ı almaqla özünün mənfi imicini təmizləməyə cəhd edir.

Beynəlxalq Əfv Təşkilatı da ötən həftə Premyer Liqa rəhbərliyinə müraciət edərək Səudiyyə Ərəbistanı Fondunun “Nyukasl”ı almaq cəhdini yolverilməz sayıb və bunun əngəllənməsini istəyib.