Məşhur idmançıdan maraqlı açıqlama
"Qolden Steyt Uorriors"un ulduz basketbolçusu Stefin Köri maraqlı qçıalamalarla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, ABŞ milli komandasında birlikdə oynadığı Lebron Ceyms haqqında danışıb.
Paris Olimpiadasını qızıl medalla başa vuran ABŞ milli komandasının əsas üzvləri şübhəsiz ki, Lebron Ceyms və Stefin Köri idi.
Karyeraları boyunca dörd dəfə NBA finallarında üz-üzə gələn və uzun illər bir-birinin ən böyük rəqibi olan ikili, turnir boyu meydandan kənar münasibətlərini daha da inkişaf etdirmək imkanı əldə etdilər. Əslində, dostluqlarının inkişafı basketbol azarkeşlərinin onları NBA-da birlikdə oynamaq istəyi kimi şərh etmələrinə səbəb oldu.
Stefin Köri qatıldığı tok-şouda Lebron Ceyms ilə münasibətindən danışıb: “Əvvəlki bütün mübarizələrimizi nəzərə alsaq, Lebron Ceymsi sevməyə vaxt lazım idi. Amma, onunla eyni komandada olmaq əla idi. Deyə bilərəm ki, bu, özümə inamımı artırdı. Doğru zamanda bir araya gəldik".
Körinin Lebron haqqında müsbət fikirlərinə rəğmən, ikilinin tezliklə hansısa NBA komandasında bir araya gəlməsi mümkün görünmür.