Məşhur mütəxəssis millimizi çalışdıra bilər

Məşhur italiyalı mütəxəssis Eusebio Di Françesko Azərbaycan millisini çalışdıra bilər.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri məlumat yayıb. İtaliyalı mütəxəssislə “Fənərbaxça”nın da danışıq apardığı, lakin onun AFFA-dan təklif aldığı üçün hələ qərar vermədiyi bildirilib.
Di Françesko özü isə “Football italia”ya açıqlamasında təkliflər aldığını və onların arasında bir milli komanda olduğunu da açıqlayıb.

Qeyd edək ki, Di Françesko 2017-19-cu illərdə “Roma”nı çalışdırıb.