Messi məşqə başladı
"Barselona"nın forvardı Lionel Messi ümumi qrupda məşqlərə başlayıb. SportLine.az xəbər verir ki, argentinalı məşqin bir hissəsində təmrinləri komanda yoldaşları ilə birgə yerinə yetirsə də, ardınca fərdi şəkildə davam edib. Xatırladaq ki, həkimlər bir müddət əvvəl zədə alan Messiyə yüklənməni azaltmağı tövsiyyə etmişdilər.