Mikel Artetanın son vəziyyəti

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın xanımı Lorena Bernal koronavirusa yoluxan həyat yoldaşının səhhəti barədə açıqlama verib.

Sportline.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsindəki paylaşımında Artetanın durumunun qaydasında olduğunu yazıb:

“O, özünü yaxşı hiss edir. Onda həqiqətən virusun simptomları vardı. Amma bu, ona adi qaydada işlərini görməsinə mane olmurdu. Ciddi heç nə yoxdur. Bir az yüksək temperaturu, yüngül ağrıları var. Mən və uşaqlarım özümüzü yaxşı hiss edirik”.