"Milan" sabiq "Qarabağ"lını komandada saxlayır

"Milan" "Bornmut"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Asmir Beqoviçi komandada saxlamaq fikrindədir.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" bosniyalı qapıçı üçün İngiltərə klubuna müraciət edəcək. 

32 yaşlı qolkiperin "Bormut"la müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatacaq.

Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. O, qış fasiləsində "Milan"a icarəyə verilib.