"Milan" yeni hücumçu axtarışına çıxıb
"Milan" "Bayer"in nigeryalı futbolçusu Viktor Bonifeysi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.
24 yaşlı forvardın dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.
Qeyd edək ki, Bonifeysin Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.