"Milan"ın futbolçusu "Roma"da

"Roma" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az "SkySport"a istinadən xəbər verir ki, "canavarlar" "Milan"ın və İtaliya millisinin hücumçusu Stefan El-Şaaravini transfer edib. 

İcarə əsasında paytaxt klubunda çıxış edəcək 23 yaşlı futbolçu bu gün klubla müqavilə imzalayacaq. 

Qeyd edək ki, El-Şaaravi ötən mövsümü "Monako"da keçirib.