Millətlər Liqasındakı mövqeyimiz açıqlandı
|
UEFA Millətlər Liqası yarışı üçün liqaların ilkin tərkibi açıqlanıb. Sportline.az xəbər verir ki, 55 üzv assosiasiya 4 Liqaya bölünüb. Avropa futbol qurumu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V turun oyunları başa çatdıqdan sonra ölkələrin yeni reytinq siyahısını dərc edib. Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb. A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq. Həmin vaxtadək Azərbaycan UEFA reytinqində ən azı 2 pillə yüksəlsə, B Liqasına düşəcək. Bunun üçün DÇ-2018-in seçmə qrup mərhələsindəki qalan 5 oyunda yüksək nəticələr göstərmək lazımdır. Liqaların hazırkı tərkibi isə belədir: |