Milli komandaların oyunları da təxirə salına bilər

FIFA koronavirusa görə, milli komandaların mart və aprel aylarına planlaşdırılan oyunlarının təxirə salınmasını tövsiyə edib. 

Sportline.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, son qərar yarışın təşkilatçıları və müvafiq qurumlar tərəfindən qəbul olunacaq. 

Qeyd edək ki, FIFA daha öncə Asiya və Cənubi Amerikada keçirilməsi planlaşdırılan DÇ-2022-nin seçmə mərhələyə oyunlarını təxirə salıb. UEFA martın 17-də 55 milli assosiasiyanın iştirakı ilə video-konfrans təşkil edəcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.

Xatırladaq ki, Avropanın və dünyanın bir sıra ölkəsində koronavirus pandemiyasına görə çempionatlar dayandırılıb.