Milli komandaların oyunları nə vaxta qaldı?

Çox güman ki, bu ilin sonuna kimi milli komandalar meydana çıxmayacaqlar.

Sportline.az xəbər verir ki bunu FİFA-nın vitse-prezidenti Viktor Montalyani deyib. Onun fikrincə, millilərin beynəlxalq oyunları 2021-ci ildən əvvəl başlaya bilməz. Bunun səbəbi ölkələrin daxili çempionatları başa vurmaq üçün vaxta ehtiyacı , habelə sərhədlərlə bağlı mümkün qadağaların olmasıdır.

"Hazırda əsas prioritet daxili yarışlar olmalıdır. Yığmaların matçları sentyabr ayı üçün aktualdır. Ancaq mən hazırkı vəziyyətlə əlaqədar həmin vaxt oyunların keçiriləcəyini düşünmürəm. Ancaq əminəm ki, 2021-ci ilin martına kimi hər şey qaydasında olacaq. Əsas milli çempionatlara kömək etməkdir. Sonra bizim tədbirlər haqda düşünmək olar" - deyə o bildirib.