Milli komandamız qrupda ikincidir

Milli komandamız, Millətlər Liqasındakı rəqibləri ilə müqayisədə heyətin dəyəri baxımından ikincidir.

Sportline.az xəbər verir ki, ən dəyərli komanda Monteneqro olub - 29, 85 milyon avro.

İkinci sıradakı Azərbaycan seçməsinin ümumi qiyməti 16,73 milyon avro təyin edilib. Lüksemburqa isə 16,60 milyon dəyər qoyulub.

Qrupda ən ucuz heyətə sahib Kipr millisi olub. Komanda 13,10 milyon avro ilə Avropanın ən aşağı qiymətdə olan komandaları sırasındadır.