Milli komandanın oyunu təxirə salındı

Uels yığmasının ABŞ-la martın 30-na nəzərdə tutulan yoldaşlıq oyunu baş tutmayacaq.

Sportline.az Uels Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ABŞ yığmasının koronavirus pandemiyasına görə mart və aprel aylarına nəzərdə tutulan bütün matçlarının ləğv edilməsi səbəb olub.

Uels Futbol Federasiyasının baş direktoru Conatan Fordun sözlərinə görə, oyuna bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.

Qeyd edək ki, Uels millisi Avro-2020-də yer aldığı A qrupunun iki oyununu Bakıda keçirəcək. Britaniyalılar iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, 17-də isə Türkiyə yığması ilə oynayacaq.