Millimiz gerilədi

FİFA seçmə komandaların yeni reytinq siyahısını açıqlayıb. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi 90-cı pillədə qərarlaşıb. Millinin aktivində 386 xal var. Ötən ay 88-ci pillədə yer alan komandamız  2 pillə geriləyib.

Siyahıya 1634 xalla Argentina başçılıq edir. Aktivində 1544 xal olan Braziliya bir pillə irəliləyərək ikinci yerə yüksəlib.

2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrup çıxış edən Almaniya  isə bir pillə geriləyib. Aktivində 1433 xal olan bundestim 3-cüdür. Millinin digər rəqiblərindən Şimali İrlandiya 858 xalla 10 pillə irəliləyərək 23-cü, Çexiya 671 xalla 3 pillə geriləyərək 43-cü, Norveç 422 xalla 3 pillə geriləyərək 84-cü, San Marino yığması isə 17 xalla 1 pillə geriləyərək 202-ci yerdə qərarlaşıb.

Banner