Millimiz Sloveniyaya gedir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı və heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz sentyabrın 16-dan oktyabrın 3-ə qədər Sloveniyada təlim-məşq toplanışı keçiriləcək.

Toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Hazırlıq prosesinə 27 oyunçu dəvət alıb: Süleymanov Nicat, Hacıyev Ruslan, Camalov Famil (hamısı “Qarabağ”), Cəfərov Yusif (“Kəpəz”), Bayramov Fuad (AZAL), Quliyev Emin, İbrahimli İsmayıl (hər ikisi MOİK), Qarayev Qara, Quluzadə Aqşin, Əliyev Emil (hamısı “İnter”), Bayramlı Tural, Əliyev Əli, İbrahimov Xaliq (hamısı “Sumqayıt”), İbrahimov Kamran,, Krivotsyuk Anton, Buludov Ömər (hamısı “Neftçi”), Camalov Camal (“Zirə”), Əhmədli Sərxan (“Səbail”), Orucov Elnur, Süleymanov Süleyman, Seydiyev Amin, Hacıyev Hacıağa, Muradov Rövlan, Dəmirov Elvin, Nəbiyev Fərid (hamısı “Qəbələ”), Xaçayev Murad (“Şaxtyor”, Donetsk, Ukrayna), Əzizov Ziya (“Den Boş”, Hollandiya).

Mənbə: affa.az

Banner