Millimiz Türkiyədən güclü oldu

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib.

SportLine.az xəbər verir ki, Türkiyə seçməsi ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.