Millimizə namizəd siyahıdan silndi

Milli komandamızın baş məşqçisi postuna namizədlərdən sayılan Eusebio Di Françesko karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Fənərbaxça” klubu ilə razılığa gəlib.

Onun, bir müddət əvvəl İstanbul təmsilçisinə konkret cavab vermədiyi bildirilirdi.

Buna, millimizi çalışdırmaq üçün AFFA-dan aldığı təklif səbəb kimi göstərilirdi. Artıq, italiyalının “Fənərbaxça” ilə razılığa gəldiyi bildirilir.