Millimizin üzvü 1 xalla kifayətləndi

Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Osnabryuk”la 0:0 hesablı heç-heçə edib.

Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

"Aue" 31 xalla çempionatın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.