Millimizin üzvü 1 xalla kifayətləndi

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda 31-ci turda səfərdə "Jirona" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.