Millimizin üzvü 3 xala sevindi

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları davam edir.
 
Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Hamburq"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Nazarov 77-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki,  34 xalı olan Aue təmsilçisi  18 komanda arasında hazırda 7-ci pillədə qərarlaşıb.