Millimizin üzvü futbolsuz qaldı
ABŞ-ın MLS və USL liqalarının oyunları da təxirə salınıb.
Sportline.az xəbər verir ki, liqaların rəhbərliyi koronavirus epidemiyasına görə oyunların ən azı 30 gün müddətinə dayandırıldığını bildirib.
Qeyd edək ki, millimizin hücumçusu Rüfət Dadaşov USL-də çıxış edən "Finiks Rayzinq"in formasını geyinir.
O, komandası ilə ilk rəsmi oyununda het-trik edərək USL-də həftənin ən yaxşı oyunçusu seçilib.