Millimizin üzvü oynadı, komandası böyük hesablı qələbə qazandı

Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Düsseldorf təmsilçisi "Bonner" klubu ilə qarşılaşıb. Görüş "Fortuna"nın qələbəsi ilə yekunlaşıb - 4:1.

"Fortuna"da çıxış edən Azərbaycan millisinin üzvü Tuğrul Erat meydana start heyətində çıxıb və 62 dəqiqə oynayıb.