Millinin baş məşqçisi müqavilə imzaladı

Rusiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Stanislav Çerçesovun müqavilə müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.

Qeyd edək ki, S.Çerçesov 2016-cı ilin avqust ayından Rusiya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə ölkədə keçirilən dünya çempionatında tarixində ilk dəfə 1/4 finala yüksəlib. Komanda Avro-2020-nin final mərhələsinə də vəsiqə qazanıb.