Millinin baş məşqçisindən nümunəvi addım

Norveç millisinin baş məşqçisi Lars Laqerbək koronavirus pandemiyasına görə maaşının 20 faiz azaldılmasına razılaşıb.

Sportline.az xəbər verir ki, isveçli mütəxəssisin aprel ayından etibarən maaşı 20 faiz azaldılacaq. 71 yaşlı çalışdırıcı Norveç Futbol Federasiyasının təklifini qəbul edib.

Təcrübəli mütəxəssisin köməkçiləri də məvaciblərinin 20 faiz azaldılmasına razılaşıb.

Laqerbək 2017-ci ildən Norveç yığmasını çalışdırır. Onun müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.