Millinin baş məşqçisindən nümunəvi addım

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt koronavirus pandemiyasına görə yaranmış maliyyə probleminə məvacibinin azaldılmağına razı olub.

Sportline.az xəbər verir ki, 49 yaşlı mütəxəssis federasiyanın 30 faizlik endirim təklifini qəbul edib.

İngilis mütəxəssis 2016-cı ildən yığmanı çalışdırır. Onun müqaviləsi 2021-ci ildə başa çatacaq.