Millinin heyəti açıqlandı
Güləş üzrə seçmə komandamızın Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb.
Sportline.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, iyunun 1-dən 4-dək baş tutacaq yarışda millinin 11 idmançısı mübarizə aparacaq.
“Bişkek Arena”da iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edəcəklər.
Növbəti iki gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışa qoşulacaq. Turnirin son günündə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) güləşəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə 16:00-da start veriləcək.
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.