Millinin keçmiş üzvü koronavirusa yoluxdu

Danimarka millisinin sabiq üzvü Tomas Kalenberq koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, futbolçu Danimarka çempionatında "Bröndbü" - "Lyunqbyu" matçına izləməyə gedən vetran futbolçunun koronavirus testi pozitiv çıxıb.

Dərhal qarantinə alınan Kalenberqin görüşdüyü futbolçulara isə epidemiyaya yoluxma riskinə görə bir müddət evdən çıxmamaqları məsləhət görülüb.