Millinin keçmiş üzvü qəzanın qurbanı oldu

Nigeriya millisinin sabiq futbolçusu İfeanyi Corc avtomobil qəzasında dünyasını dəyişib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkəsinin “Enuqu Reyncers” klubunun şərəfini qoruyan 26 yaşlı sabiq hücumçunun idarə etdiyi "Infiniti" markalı avtomobil yük maşınına çırpılıb.

Qəza nəticəsində digər maşındakı iki sərnişin də ölüb. Onlardan biri Corcun "Enuqu Reyncers"dəki komanda yoldaşı Emmanuel Oqbu olub. Avtomobildəkilər koronavirusa görə çempionat dayandırıldığı üçün Enuqu şəhərindən Laqosa gedirmiş.

Qeyd edək ki, İ.Corc bu mövsüm Nigeriya çempionatında 14 oyuna 5 qol vurmuşdu.