Millinin rəqibləri müəyyənləşdi
Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə 2-ci raundun püşkü atılıb.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
B Liqasının 3-cü qrupunda yer alan U-17 Belçika, Sloveniya və Farer adaları seçmələri ilə mübarizə aparacaq.