Millinin sabiq futbolçusu karantindədir

Kamerun milli komandasının sabiq futbolçusu Riqobert Sonq karantinə alınıb.

Sportline.az xəbər verir ki, 43 yaşlı keçmiş müdafiəçi martın 30-da Fransadan qayıtdıqdan sonra Yaundedəki otellərdən birində təcrid olunub. Sonqun COVID-19 viruslu şəxslərlə təmasda olması şübhəsi ilə belə bir addım atılıb. 14 günlük karantin müddətində koronavirus testi müsbət çıxmasa, o, gələn həftə ailəsinə qovuşacaq.

Qeyd edək ki, Riqobert Sonq Türkiyənin "Qalatasaray" və "Trabzonspor" komandalarında da forma geyinib. Son futbolçu karyerasını başa vurduqdan sonra Kamerunun əsas və U-23 yığmalarında baş məşqçi kimi çalışıb.