Millinin üzvü növbəti oyuna çıxdı
Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Osnabürk”lə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.
Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 31 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-ci pillədə qərarlaşıb.