Millinin üzvünə 3 aylıq cəza

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun serbiyalı futbolçusu Aleksandar Priyoviç cəzaya məruz qalıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı hücumçu Serbiyada COVID-19-a görə elan edilən karantin qaydalarını pozub. Polislər futbolçunu Belqradda 5 nəfərlə spirtli içki içərkən yaxalayıb. 

Buna görə də Serbiya millisinin üzvünə 3 aylıq ev dustaqlığı verilib.