Millinin yeni reytinqi
Milli futbol komandalarının yeni reytinq siyahısı açıqlanıb. SportLine.az xəbər verir ki, 209 seçmənin yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyərək 133-cü yerə yüksəlib. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər 33-cü pilləyə yüksəlib. Şimali İrlandiya 2 pillə geriləyərək 30-cu, Norveç 20 pillə geriləyərək 70-ci yerə düşüb. San Marino isə 1 pillə geriləyib və 201-ci yerdə qərarlaşıb. Siyahıya Argentina başçılıq edir.
1. Argentina – 1646
2. Belçika – 1369
3. Almaniya – 1347
4. Braziliya – 1323
4. Kolumbiya – 1323
6. Çili – 1284
7. Portuqaliya – 1228
8. Fransa – 1188
9. Uruqqvay – 1173
10. Uels – 1161