"Milyonlar qazanan klub hökumətə niyə müracət edir ki"?

"Liverpul" koronavirus pandemiyasına görə işçilərini istirahətə yollayıb.

Sportline.az xəbər verir ki, "qırmızılar" əməkdaşlarının maaşını ödəmədən tətilə göndərib. Klub işçilərinin məvacibinin ödənilməsi üçün hökumətə müraciət edib.

Klubun bu qərarını komandanın sabiq kapitanı Ceymi Karraqer sərt tənqid edib: "Klopp koronavirusun ilk günlərində həssas idi. Futbolçuların maaşlarının azaldılmağı barədə müzakirələr var. Klub bu qərarlarla hörmət və nüfuzunu itirir. Zavallı "Liverpul".

Klubun bir işçisi "BBC Sport"a "Liverpul"un işçilərə qarşı doğru addım atmadığını deyib:

"Liverpul" işçiləri bir ailə kimi gördüyünü deyirdi. Mən bunu hiss etmədim. Milyonlar qazanan klub hökumətə niyə müraciət edir ki? Digər klubların, şirkətlərin buna ehtiyacı daha çoxdur. Dövlət proqramı ağır duruma düşənlərə lazımdır".