Miqel Qutyerres "Real"a qayıdır

"Real Madrid" klubu qış "transfer pəncərəsi"ndə heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Kral klubu" "Jirona"nın 23 yaşlı oyunçusu Miqel Qutyerresi heyətinə qatacaq.

"Real"ın futbol akademiyasının yetirməsi olan Qutyerres paytaxt təmsilçisi ilə müqavilə bağlamağa çox yaxındır.

Qeyd edək ki, o, cari mövsüm "Jirona"nın heyətində 20 oyun keçirib və 3 qol vurub.