MLS-in startı təxirə salındı

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan ABŞ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi may ayında bərpa olunmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Pandemiyanın geniş yayılması səbəbindən, yarışın mayda başlamasının mümkün olmayacağı bildirilib.