Molina karyerasını İngiltərədə davam etdirəcək
"Atletiko Madrid"in argentinalı futbolçusu Nauel Molina karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Bormunt" 27 yaşlı sağ cinah müdafiəçisi üçün qarşı tərəfə 20 milyon avro təklif edib.
Lakin Madrid klubunun çalışdırıcısı Dieqo Simione oyunçunun klubdan ayrılmasını istəmir.
Qeyd edək ki, Molina geridə qalan mövsümdə meydana çıxdığı 46 matçda 1 qol 3 asistlə yadda qalıb.