Moskva “Spartak”ı azərbaycanlı futbolçunun transferinə hazırlaşır

Moskva “Spartak”ının baş məşqçisi Massimo Karrera Aleksandr Samedovu sərəncamında görmək istəyir. SportLine.az Çempionat.com-a istinadən xəbər verir ki, klub rəhbərliyi “Lokomotiv”in yarımmüdafiəçisinin transferini həyata keçirməyə iddialıdır. 32 yaşlı futbolçunun yetirməsi olduğu “Spartak”a dönüşü real görünür. Hər halda Samedovun özünün də yenidən ağ-qırmız formanı geyinməyə meylli olduğu bildirilir. Xatırladaq ki, o, 2001-2005-ci illərdə “Spartak”ın şərəfini qoruyub.