Mourinyo məşq yerini tapdı

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçib.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bir neçə futbolçusu ilə parkda görünüb. Həmin oyunçulardan biri Tanqay N’Dombele olub.

Parkda Rayan Sesenyon və Davinson Sançes də olub. Onlar isə qrupdan ayrı fərdi olaraq hazırlaşıblar.

Qeyd edək ki, İngiltərədə karantin qaydalarına görə insanlar gün ərzində bir dəfə gəzintiyə çıxa və açıq havada idman hərəkətləri edə bilərlər. Bu zaman 2 metrlik ara məsafəsi saxlanılmalıdır. Amma “Tottenhem”in futbolçularının məsafə ilə bağlı qaydanı pozduğu bildirilir.