Mourinyonu gözləyən cəza
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Vest Hem”lə (1-1) görüşdəki çılğınlığına görə tribunalara göndərilib. SportLine.az The Telegraph-a istinadən xəbər verir ki, onu 2 oyunluq diskvalifikasiya gözləyir. Xatırladaq ki, ilk hissədə Pol Poqbaya göstərilən sarı vərəqəyə etirazını, su qabını meydana tərəf tullamaqla bildirən Mourinyo dərhal texniki zonadan uzaqlaşdırılıb.