Mövsümün mükafatları təqdim edildi
Futzal üzrə Yüksək Liqada 2017//2018-ci il mövsümünə yekun vurulub. SportLine.az xəbər verir ki, çempionatın son turu çərçivəsində keçirilən "Neftçi” İK – "Marafon Futsal” (8:8) oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, "Marafon Futsal” və "Araz” komandalarına təqdim edilib. Ən yaxşı baş məşqçisi Elşad Quliyev ("Marafon Futsal”), ən yaxşı qapıçısı Emin Kürdov (EKOL), ən yaxşı oyunçusu isə Seymur Məmmədov ("Marafon Futsal”) seçilib. Mövsüm ərzində 34 qol vuran Telez Bolinya ("Araz”) ölkə çempionatının bombardiri olub.
Komandalara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futzal federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.
Azərbaycan Futzal Federasiyasının məlumatı