Mübariz Mənsimovun səhhətində problem var

Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs edilən “Palmali” şirkətlər qrupunun sahibi, “Xəzər Lənkəran”ın sabiq prezidenti Mübariz Mənsimovun səhhətində problem yaranıb.

Sportline.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Əliyeva məlumat yayıb.

O, qaraciyər böyüməsinə görə dərmanlar qəbul edən Mənsimovun yorğun olduğunu və vəkilləri ilə danışmağa çətinlik çəkdiyini qeyd edib.